Dövlət Departamenti - ABŞ Gürcüstanda baş verən siyasi hadisələrlə bağlı narahatçılığını bildirir
Dövlət Departamenti - ABŞ Gürcüstanda baş verən siyasi hadisələrlə bağlı narahatçılığını bildirir

Amerika Birləşmiş Ştatları Gürcüstanda son zamanlar baş verən siyasi hadisələrlə bağlı narahatçılığını bildirir, – bu barədə bəyanatı ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prais verib.

“Biz bütün partiyalara müraciət edirik, gərginlik yaradan və zorakılığa səbəb olan ritorikadan və addımlar atmaqdan baş qaçırdsınlar. Gürcüstan iqtidarına müraciət edirik ki, öz avroatlantik yoluna müvafiq şəkildə hərəkət etsin və demokratiya prinsiplərini prokurorluq sisteminin tamamilə müstəqil olmasını təmin edərək, gücləndirsin.

Biz Gürcüstanla qanunun aliliyi və demokratik instituların gücləndirilməsi istiqamətində əməkdaşlığa davam edəcəyik”, – deyilir Dövlət Departamentinin bəyanatında.