Donald Tramp Giorgi Qaxariaya - Amerikan xalqının adından, səmimi qəlbdən Müstəqillik Gününüzü təbrik edirəm
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Gürcüstanın baş naziri Giorgi Qaxariaya Müstəqillik Günü münasibəti ilə təbrik məktubu göndərdi.
ABŞ prezidenti Gürcüstanın dövlət başçısına göndərdiyi məktubda, on illər ərzində, ABŞ və Gürcüstan arasındaki sıx əməkdaşlığı və birgə maraqlara əsaslanan partnyorluğu vurğuladı.
“Əziz baş nazir! Amerika millətinin adı ilə, səmimi qəlbdən sizi salamlayırıq və 26 may Müstəqillik Günü münasibətilə sizi təbrik edirik!
Amerika Birləşmiş Ştatları Gürcüstanın özünü-müdafiyə qabiliyyətinin gücləndirilməsinə yönəldilən birgə səylərinə və Gürcü əsgərlərinin Əfqanistanda NATO missiyasındaki qatqısına böyük hörmətlə yanaşır.
Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Partnyorluğumuz davam edir.
Biz həmçinin, Gürcüstanın demokratik və iqtisadi inkişafını dəstəkləyirik və bu məqsədlə sizinlə əməkdaşlığı gözləyirəm.
Gürcü millətini təbrik edirəm və səmimi qəlbdən ona firəvanlıq və təhlükəsiz gələcək arzulayıram” – deyilir Donald Trampın məktubunda.
Donald Trampın təbrik məktubunu Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.