Dmitro Kuleba Dünya Turizm Təşkilatının rəhbəri Zurab Pololikaşviliyə təşəkkür edir
Dmitro Kuleba Dünya Turizm Təşkilatının rəhbəri Zurab Pololikaşviliyə təşəkkür edir

 

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba sosial şəbəkədə Dünya Turizm Təşkilatının rəhbəri Zurab Pololikaşviliyə təşəkkür edir.

“Bu qərarı mümkün edən prinsipial yanaşmanıza görə sizə təşəkkür edirəm”-deyə Kuleba yazır.

BMT-nin Turizm Təşkilatının rəhbəri Zurab Pololikaşvili bu gün Rusiyanın BMT Turizm Təşkilatından çıxdığını elan etdiyini bildirib.

“Mövqeyimiz aydındır: sülh naminə turizmin təşviqi və insan hüquqlarına hərtərəfli hörmətdir. Yalnız buna əməl edən üzvlər BMT Turizm Təşkilatının bir hissəsi ola bilər” – deyə Pololikaşvili bildirib.