Dmitri Şaşkin Bolnisi ərazisində hərbi formalı şəxslərlə bərabər, silahla gəzməyə davam edir [Foto/Video]

“Milli Hərəkatın” üzvü Dmitri Şaşkin Bolnisi munisipalitetinin ərazisində, hərbi formalı şəxslərlə bərabər, silahlı şəkildə gəzməyə davam edir.

Şaşkinin dediyinə görə, onun silahlı fotosu seçki məntəqəsində deyil, küçədə çəkilib.

Onu dediyinə görə, o heç bir fotoda silahı əlində tutmur.

“Seçki məntəqəsinə mən nə silahlı, nə də silahsız daxil ola bilmirəm, çünki icazəm yoxdur. Mən namizədəm və səs vediyi andan sonra, heç bir namizədin seçki məntəqəsində qalmaq haqqı yoxdur.

Mən sadəcə seçki məntəqələrinin ərazilərində, küçədə gəzə bilirəm. Talaveri kəndində maşına minib gedərkən, “Gürcü Arzusunun” provokatoru rəsmimi çəkib, güya əlimdə silah var. Əlimdə tutduğum telefon idi” – deyir sabiq nazir Dmitri Şaşkin.

Sosiyal şəbəkədə bugün foto yayıldı, hansında görünür ki, “Milli Hərəkatın” üzvü Dmitri Şaşkin öz tərəfdarları ilə bərabər silahla gəzirdi.

Silahla gəzməsi faktını Şaşkinin özü də təsdiqlədi və qeyd etdi ki, silahla seçki məntəqələrinin ərazisinə getməyib.