Dmitri Medvedev - Atom ölkəsiyik, bizim ətrafımızda NATO bazalarının yerləşdirilməsinə siyasi və hərbi yollarla cavab verəcəyik
Dmitri Medvedevin bəyanatına görə, daxili münaqişələri olan ölkələrin NATO-ya daxil olması təhlükəlidir.
Bu barədə bəyanatı Rusiyanın baş naziri Serbiya qəzeti ilə müsahibə zamanı verdi.
Dmitri Medvedevin bəyanatına görə, qeyd olunan cəhdlərin ciddi nəticələri ola bilər, ona görə də belə predendentlərlə bağlı iki dəfə düşünmək lazımdır.
“Siz sadəcə Bosniya və Herseqovina haqqında danışırsınız, halbuki digər ölkələr var, məsələn, Gürcüstanda nə baş verir? Ukraynada nə baş verir? Bu ölkələr heç də asan vəziyyətdə deyillər ki” – dedi Medvedev müsahibə zamanı.
Rusiyanın baş naziri bəyan etdi ki, bu ölkələri NATO-ya qəbul etmək cəhdləri alyansın yaradılması haqqında razılaşmaya da ziddir.
“NATO bunun ağır nəticələrini gözə almalıdır və bu ölkələrin qəbul edilməsi ilə bağlı qərar verərkən yaxşı düşünməlidir” – dedi Medvedev.
Dmitri Medvedev onu da dedi ki, Rusiyanın yaxınlığında NATO bazalarının yerləşdirilməsinə Rusiya siyasi və hərbi yollarla cavab verəcək.