DİN son 24 saatda COVİD-19-un yayılmasının prevensiyası məqsədi ilə tətbiq olunan requlyasiyalarının pozulmasının 991 faktını qeydə aldı
DİN son 24 saatda COVİD-19-un yayılmasının prevensiyası məqsədi ilə tətbiq olunan requlyasiyalarının pozulmasının 991 faktını qeydə aldı

Daxili İşlər Nazirliyinin əməkdaşları son 24 saatda, ölkə miqyasında, COVİD-19-un yayılmasına qarşı tətbiq olunan requlyasiyalarının pozulmasının 991 faktını qeydə aldı.

DİN-in məlumatına görə, hüquqmühafizəçilər tərəfindən həyata keçirilən monitorinq nəticəsində, son 24 saat ərzində, ölkə miqyasında məhdudiyyətlərin pozulmasının 991 faktı qeydə alındı.

Polis inzibati hüquq pozuntuları məcəlləsinin 42(10)-ci maddəsinə müvafiq olaraq, 87 nəfəri cərimələdi.

Cərimələr arasında əsasən, saat 21:00-dan sonra küçəyə çıxan vətəndaşlar var.

Tibbi maska taxmamaq Gürcüstanın inzibati hüquq pozuntular məcəlləsinin 42-ci maddəsinə əsasən, 20 larilik cərimə nəzərdə tutulur.

İzolyasiya və karantin qaydalarının pozulması isə, fiziki şəxslər üçün 2 000 lari, hüquqi şəxslər üçün isə, 10 000 larilik cəriməyi nəzərdə tutur.