DİN Rustavelidə iki nəfər axtarışda olanı yaxaladı
DİN Rustavelidə iki nəfər axtarışda olanı yaxaladı

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Rustaveli prospektində keçirilən aksiyada axtarışda olan iki nəfəri yaxaladı.

Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Baş İdarəsinin rəisi, Mamuka Çelidzenin bəyan etdiyinə görə, bu gün, Rustaveli prospektində İnterpol tərəfindən axtarışda olan Qazaxıstan Respublikasının vətəndaşı yaxalandı.

“Qeyd olunan şəxsi hüquqmühafizəçilər, Rustaveli prospektində keçirilən aksiyaya qoşularkən yaxaladılar. Onun kimliyini müəyyənləşdirərkən, vətəndaş hüquqmühafizəçilərə müqavimət göstərdi və buna görə onu yaxaladılar. Üst-başını yoxlayarkən üzərində biçaq aşkar olundu”, – Çelidze bəyan etdi.

Elə onun məlumatına görə, Parlament qarşısında açılmış çadırda axtarışd Çelidze  a olan daha bir nəfəri yaxaladılar.

“Polis, Rustaveli prospektində axtarışda olan daha bir nəfəri yaxaladı. Hüquqmühafizəçilər 1994-cü il təvəllüdlü, oğurluq üçün axtarışda olan şəxsi, çadırda aksiya iştirakçıları ilə ağızlaşma zamanı yaxaladılar. Polis onu cari ilin iyunun 5-dən axtarır”, – Çelidze qeyd etdi.