DİN Mestiyada baş verən qətl faktı ilə əlaqədar məlumat yayır
DİN Mestiyada baş verən qətl faktı ilə əlaqədar məlumat yayır

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinə, daxil olmuş məlumat əsasında, qəsdən qətl faktı ilə Gürcüstan CM-nin 108-ci maddəsi ilə cinayət işi qaldırıldı. Maddə 7 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

İlkin məlumata görə, cari ilin dekabrın 25-də, Daba Mestiyada kənd təsərrüfatı bazarının ərazisində, şəxsi münaqişə əsasında başlamış ağızlaşma zəmnində, 1978-ci il təvəllüdlü M.N. avtomat odlu silahından bir neçə atəşlə Mestiya Sakrebulosunun üzvü, 1968-ci il təvəllüdlü  L.N.-nın qarın nahiyyəsinə bir neçə yara yetirdi və hadisə yerindən gizləndi.  L.N.-nı xəsətxanaya yerləşdirdilər. Burada vurulan yaralar nəticəsində o, həlak oldu.

M.N.-nın yaxalanması üçün intensiv axtarış və istintaq tədbirləri həyata keçirilir.