Daxili İşlə Nazirliyinin məlumatına görə, Mestia munisipalitetində polis karantin məhdudiyyətlərinə nəzarət etməyə davam edir.
İdarənin məlumatına görə, Mestiada vəziyyət qənaətbəxşdir, gecə sakit keçdi və vəziyyət nəzarətə tabedir
Xatırladaq ki, idarələrarası koordinasiya şurası tərəfindən dünən, avqustun 10-da, verilən qərara əsasən, yüksək epidemiologiya riskinə görə, Mestia munisipalitetinə giriş-çıxış məhdudlaşdırıldı.
Əlavə requlyasiyalar Mestiada və Mestia munisipalitetinin kəndlərində – Uşquli və Lentexidə qüvvədədir.
“Virusun yayılmasının prevensiyası məqsədi ilə, Gürcüstan ərazisində olan hər bir şəxs ictimai sağlamlıq qanunvericiliyini qorumalıdır” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.