DİN Lomtatidze küçəsində qətl törətməkdə ittiham olunanı yaxaladı
DİN Lomtatidze küçəsində qətl törətməkdə ittiham olunanı yaxaladı

Daxili İşlər Nazirliyi Tbilisidə, Lomtatidze küçəsində baş verən qəsdən adam öldürmə faktının üstünü açdı, – bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizənin Baş İdarəsinin rəisi, Mamuka Çelidze bəyan etdi.

Onun dediyinə görə, keçirilmiş operativ-istintaq tədbirləri nəticəsində qəsdən qətl ittihamı ilə bir nəfər yaxalandı. Törədilmiş cinayət 7-dən 15 ilədək azadlıqdan məhrum edilməni nəzərdə tutur.

“İstintaq müəyyən etdi ki, cari ilin fevralın 4-də, Tbilisidə, Çola Lomtatidze küçəsində, keçmişdə mövcud olan münaqişə zəmnində qisas almaq məqsədi ilə, tanış 1980-ci il təvəllüdlü D.K.-ya avtomat odlu silahından atəşlə çoxsaylı yaralar yetirdi. Nəticədə isə o, yerindəcə həlak oldu. İttiham olunan hadisə yerindən gizləndi. Lakin onu hüquqmühafizəçilər bir neçə saatdan sonra Tbilisidə yaxaladılar. İstintaq Gürcüstan CM-nin 108 və 236 cı maddələri ilə aparılır”, – Mamuka Çelidze bəyan etdi.