DİN - İnzibati qayda ilə həbs edilən şəxslər azad ediliblər
DİN - İnzibati qayda ilə həbs edilən şəxslər azad ediliblər

Daxili İşlər Nazirliyində bəyan edirlər ki, polisə müqavimət göstərmək və xırda xuliqanlıq ittihamı ilə inzibati qayda ilə həbs edilən şəxlərin hamısı azad edildilər.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi brifinqdə verildi.

“Daxili İşlər Nazirliyi, Gürcüstan prokurorluğu ilə bərabər, narkotik maddələrinin realizasiyası ilə mübarizəyə davam edir. Təəssüf ki, son zamanlar klublarda narkotik maddələrdən istifadə edən gənclərimizin faciəvi ölümünün şahadları olduq. Bununla yanaşı, klublara təcili tibbi yardımın çağırılması halları da çoxalıb.

Mövcud olan məlumata görə, narkotik intoksikasiyası diaqnozu ilə, xəstəxanaya aparılan gənclərin sayı çoxalıb.

Aparılan istintaq işləri nəticəsində, məlum oldu ki, müxtəlif klublarda sistematik olaraq, narkorealizasiya həyata keçirən 8 nəfərin, “Basiani” və “Qaleri” gecə klubları ilə sıx əlaqəsi var.

Narkotik maddələrinin realizatorlarından biri klubun mühafizə xidmətində işləyir. Qeyd olunan şəxs klubda həbs edildi. Yoxlanış zamanı isə, üstündə böyük miqdarda narkotik maddə aşkarlandı.

İstintaq tədbirlərinin məhz klublarda keçirilməsi zərurəti var idi və klubda olan çox sayda gəclərin polisə müqavimət göstərdikləri üçün, kluba əlavə polis qüvvələri səfərbər edildi.

Həyata keçirilən xüsusi əməliyyət nəticəsində, 8 narkorealizator həbs edildi.

Parlamentin yanında keçirilən etiraz aksiyasında “Basiani” və “Qaleri” gecə klublarında həyata keçirilən xüsusi əməliyyatı etiraz edənlərdən 20 nəfər isə, inzibati qaydaları pozduqlarına görə, həbs edildilər.

Qeyd olunan gecə klublarındaki narkorealizasiya məsələləri isə bağlı istintaq Daxili İşlər Nazirliyi tərəfindən 3 ay ərzində aparılırdı” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.