DİN "Europebet"-in soyğunçuluğu ittihamı ilə iki nəfəri yaxaladı
DİN "Europebet"-in soyğunçuluğu ittihamı ilə iki nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Dedektivlər idarəsinin və elə həmin departamentin Didube-Çuğureti idarəsinin əməkdaşları, həyata keçirilmi. operativ-axtarış və istintaq təbdirləri nəticəsində soyğunçuluq itihamı ilə iki nəfəri: 1996-cı il təvəllüdlü K.K. və 1995-ci il təvəllüdlü D.M.-nı  yaxaladılar.

Onlar tərəfində törədilmiş cinayət 6-dan 12 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaqla müəyyən edildi ki, ittiham olunanlar cari ilin yanvarı 2-də Tbilisidə, Tsabadze küçəsində yerləşən “Europebet” totalizatorunun binasına daxil oldular, kassirdən silahla hədələyərək 165 000 lari qopardılar və hadisə yerindən gizləndilər.

Hüquqmühafizəçilər K.K. və D.M.-nı Tbilisidə yaxaladılar.

Polis yaxalananların evinin axtarışı zamanı cinayətin törədildiyi silahı – üzdəniraq “startovka” silahını, 7 güllə və qaçırılan məbləğin bir hissəsi çıxardı.

İstintaq Gürcüstan CM-nin179-cu maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır.