DİN - Batumidə, yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.
DİN - Batumidə, yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.

Batumidə, yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu – bu haqqda Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 11 nəfər həlak oldu. Onlardan 10 nəfəri Gürcüstan və biri isə, İran İslam Respublikasının vətəndaşı idi. Daxili İşlər Nazirliyi həlak olanların ailələrinə baş sağlığı verir.

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğının söndürülməsinə və binadan insanların çıxarılması əməliyyatına ilk dəqəqələrdən, Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Agentliyinin, Acaranın yanğınsöndürən-xilasedici qrupları qoşuldular.

Yanğının söndürülməsi və xilasedici işlərində 17 yanğınsöndürən-xilasedici qrupu, 120 yanğınsöndürən-xilasedici, yanğınsöndürən və xilasedici texnika ilə birlikdə, Acara, Quriya və Sameqrelo bölgəsindən, Acara Polis Departamentinin və Patrul Polisi Departamentinin Acaranın Baş idarəsinin 200-ə qədər əməkdaşı və Xüsusi Tapşırıqlar Departamentinin nümayəndəsi iştirak edirdi.

Hadisə yerinə həmçinin, təcili tibb yardımı briqadaları səfərbər olunmuşdu. 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi. İlkin tibbi yardım göstərildikdən sonra, onların heç birinin həyatına təhlükə yoxdur. 3 pasient artıq tibb müəssisəsindən evə buraxılıb. O biri şəxslər isə, Batuminin müxtəlif xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.

Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır”, – DİN-də bəyan edirlər.