DİN - Aksiyanın iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar, Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edib
DİN - Aksiyanın iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar, Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edib

 
Hadisə yerində olan polis əməkdaşlarının çoxsaylı çağırışlarına baxmayaraq, aksiyanın iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar, asayişi bərpa etmək məqsədilə Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edib – bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Daxili İşlər Nazirliyi siyasi liderləri, aksiyanın təşkilatçılarını və iştirakçılarını toplaşma və manifestasiyanın qanunla müəyyən edilmiş normalarını aşmamağa çağırır.

“Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları asayişi qorumaq məqsədilə parlamentin və hökumət administrasiyasının binalarının ərazisinə səfərbər olunublar.

Deputatların və parlament aparatının əməkdaşları üçün qanunverici orqanın çıxışlarının boşaldılması ilə bağlı ərazidəki polislərin çoxsaylı çağırışlarına, eləcə də Daxili İşlər Nazirliyinin yaydığı rəsmi bəyanata baxmayaraq, aksiyanın iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Asayişi bərpa etmək məqsədilə Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edib.

Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə sözlü və fiziki qarşıdurma yaşayıblar, həmçinin onlara müxtəlif əşyalar atıblar.

Bir daha siyasi liderləri, aksiyanın təşkilatçılarını və iştirakçılarını toplaşma və manifestasiyanın qanunla müəyyən edilmiş normalarını aşmamağa çağırırıq.

Hər bir qanun pozuntusu faktına müvafiq hüquqi cavab veriləcək”- bəyanatda qeyd olunub.