Dimitri Xundadze-müxalifət fövqəladə vəziyyətlə konstitusiya dəyişiklikləri prosesini pozmaq və cəmiyyətdə hökumətə yönəlik narazılığa səbəb yaratmaq istəyir
Gürcüstan parlamentinin Səhiyyə Komitəsinin sədri,Dimitri Xundadzenin sözlərinə görə, ″İctimai Sağlamlıq ilə bağlı″ qanunlayihənin təsdiqlənməsi ,konstitusiya dəyişiklikləri prosesinin sual altına düşməməsi baxımından da mühümdür.
Konkret olaraq desək,Xundadzenin sözlərinə görə, fövqəladə vəziyyətin elan olunması halında,konstitusiya dəyişikliklərinin həyata keçirilməsinə maneəçiliklər yaranacaq və bu proses aparıla bilinməyəcək.
″Müzakirələr zamanı ,sanki ,ilk başdan örtülü təkliflər var idi,lakin daha sonra müxalifət tərəfindən açıq şəkildə bildirildi ki, bu cür tənzimləmələrin əvəzinə fövqəladə vəziyyətin qəbul olunması və onun davam etdirilməsi daha yaxşıdır. Mən bunların arxasında, müxalifətin fövqəladə vəziyyətlə konstitusiya dəyişiklikləri prosesini pozmaq və cəmiyyətdə hökumətə yönəlik narazılığa səbəb yaratmaq istəyini sezdim″-deyə Xundadze bildirib.
Parlament bu gün üçüncü dinləmə ilə dəyişikliklər paketini dəstəkləyib,bununla da hökumət iyulun 15-dək məhdudlaşdırıcı tədbirləri fövqəladə vəziyyət olmadan da həyata keçirə biləcək
Hazırladı-Sevinc Mustafayeva