Dimitri Xundadze - İqtidar əlindən gələni edir ki, ölkədəki epid-vəziyyət nəzarətə tabe olsun
Dimitri Xundadze - İqtidar əlindən gələni edir ki, ölkədəki epid-vəziyyət nəzarətə tabe olsun

Sağlamlığın qorunması və sosiyal məsələlər üzrə komitənin sədri Dmitri Xundadzenin bəyanatına görə, ölkədə mövcud olan epid-vəziyyətin nəzarətə tabe olması üçün iqtidar əlindən gələni edir.

Onun dediyinə görə, bugün başlayan intensiv testləşdirmə proqramı da bunun bariz nümunələrindən biridir.

“Həmçinin, ictimaiyyətə bildirmək istəyirəm ki, Koordinasiya Şurasının qərarı ilə, ölkəyə daxil olmaq rejimi dəyişdirilir və bu dəyişiklik, 72 saat öncə alınan test nəticələri olmayan vətəndaşların, ölkəyə daxil olduqdan sonra, 12 gün karantin mehmanxanasında qalmalarını nəzərdə tutur.

Bununla yanaşı, ictimaiyyət bilməlidir ki, iqtidarımız vaksinanın ölkəyə daxil olmasından sonraki vaksinasiya prosesi üçün çox önəmli hazırlıq işləri görür” – dedi Dmitri Xundadze.