Didi Diğomidə, Diğomi kəndi ərazisindəki evlərin qaz təminatı qəza nəticəsində kəsilib

Didi Diğomidə, Davari küçəsində, inşaat işlərini  həyata keçirildiyi zaman, inşşat şirkəti MMC “Bob Qrup” qəza ilə, qaz borusuna zərər verib.

Bu haqda məlumatı “Tbilisi Enerci” yayır.

Qəza nəticəsində 5000 abonimentin qaz təminatı kəsilib.

“Qaz təminatının vaxtında bərpası üçün intensiv təmir işləri aparılır. Qaz təminatı sabah saat 10:00-dan 18:00-a qədər bərpa olunacaq.

“Tbilisi Enerci” bizdən asılı olmayan səbəblərdən dolayı, yaranan diskomforta görə, abonentlərdən üzr istəyir” – deyirlər şirkətdə.