Diabetin İdarə Edilməsi üzrə Dövlət Proqramının coğrafi əlçatımlılığı artıb
Diabetin İdarə Edilməsi üzrə Dövlət Proqramının coğrafi əlçatımlılığı artıb

 
Diabetin İdarə Edilməsi üzrə Dövlət Proqramının coğrafi əlçatımlılığı artıb. Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, Kutaisidə artıq iki klinikada vauçer xidmətindən yararlanmaq mümkündür.

İdarədən verilən məlumatda bu vaxtadək sözü gedən xidmətlərin yalnız Tbilisinin üç müəssisəsində əlçatan olduğu, bu səbəbdən də Gürcüstanın qərbində yaşayan şəkərli diabet diaqnozu qoyulmuş uşaqlar və onların valideynlərinin tibbi xidmətlərdən yararlanmaq üçün paytaxta gəlməli olduğu bildirilir.

Dəyişiklik nəticəsində Tbilisidən başqa İmereti bölgəsinin iki müəssisəsində : Qərbi Gürcüstanın Tibb Mərkəzi (Kutaisi, Cavaxişvili N 83a) və Kutaisi №1 İlkin Səhiyyə Mərkəzində (Kutaisi, T. Tabidze N. 23) proqramın vauçer xidmətindən yararlanmaq mümkündür.

Vauçer komponenti şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün aşağıdakı xidmətləri nəzərdə tutur: Analiz-texniki vasitələrlə təminat: qlükometr; Qanda qlükozanın miqdarını təyin etmək üçün test çubuqları və lanset iynələri; Sidikdə keto cisimlərin müəyyən edilməsi üçün test çubuqları; Endokrinoloqun konsultasiyası/nəzarəti; Kapilyar qanla qlikohemoqlobinin təyini; Diabetin səbəb olduğu göz xəstəliklərinin monitorinqi; Proqramın benefisiarları və onların valideynləri üçün tibbi təhsil; Pasiyentin istəyi halında, fiziki reabilitasiyanın təmin edilməsi; Tibbi arayışın və reseptin verilməsi.

“Səhiyyə Nazirliyi diabetin idarə edilməsi üzrə dövlət proqramına coğrafi əlçatımlılığın daha da genişləndirilməsi istiqamətində aktiv işləri davam etdirir” -deyə nazirlikdən bildirirlər.