Devid Kramer - Söhbət Gürcüstanın NATO-ya qoşulması yollarının axtarılmasından gedir, ancaq bu yollar, heç bir təqdirdə, Cənubi Osetiyanın və Abxaziyanın tanınmasını nəzərdə tutmur

Əsas işimiz Gürcüstanın NATO-ya daxil olmasına mane olan əngəllərin aradan qaldırılmasıdır, – bu bəyanatı ABŞ Dövlət Katibinin sabiq yardımçısı Devit Kramer Gürcüstanın Birinci Kanalı ilə söhbət zamanı verdi.

Kramerin dediyinə görə, əsas məqsəd Gürcüstanın işğal altında olan əraziləri ilə bağlı yarana biləcək problemlərə görə narahat olan NATO müttəqfiqlərini razı salmaqdır.

“Gündəmdə olan məsələ Gücüstanın ortadaki riskləri aradan qaldıraraq, NATO-ya qoşulması yollarının axtarılmasıdır.

Bunun bir çox bənzər presedentləri də var: Kipr, Qərbi və Şərqi Almaniya. Ancaq, bu yollar heç bir təqdirdə, Gürcüstanın işğal altında olan ərazilərinin tanınmasını göstərmirlər. O ərazilər şübhəsiz Gürcüstana aiddir” – dedi Devid Kramer.