Devid Kemeron ilk işgüzar səfərini Ukraynaya edib
Devid Kemeron ilk işgüzar səfərini Ukraynaya edib

 
Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron ilk işgüzar səfərini Ukraynaya edib.

Kemeron Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Böyük Britaniyanın xarici işlər naziri bildirib ki o, Ukraynaya “mənəvi, diplomatik, iqtisadi, lakin hər şeydən əvvəl hərbi dəstəyi” davam etdirəcəyini vəd edir.

“Boris Consonla müəyyən fikir ayrılıqlarım var idi, biz bir-birimizi 40 ildir tanıyırıq, lakin onun verdiyi dəstək onun və hökumətinin etdiyi ən yaxşı şey idi” -deyə Kemeron bildirib.

Zelenski Kemeronu təyinatı münasibətilə təbrik edib, Ukraynaya səfərinə və dəstəyinə görə təşəkkür edib.

“Bu, xüsusən indi, dünyanın təkcə Ukraynanın döyüş meydanındakı vəziyyətə diqqət yetirmədiyi bir zamanda olduqca vacibdir. Biz Birləşmiş Krallığın Ukraynaya göstərdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Böyük Britaniyada Ukrayna vətəndaşlarının səmimi qarşılanmasına görə minnətdarıq. Ukraynaya gəldiyiniz üçün şadıq”- deyə Volodimir Zelenski bildirib.