Deniel Frid - Bugün imkansız görünən sabah qaçınmaz ola bilər və Gürcüstan imkanlar pəncərəsinin açılmasına hazır olmalıdır

İslahatlar üzərində çalışın, iqtisadiyyatınızı gücləndirin, siyasi kapital yığın və gərəkən zaman mütləq müvəffəqiyyətə nail olacaqsınız – bu barədə bəyanatı ABŞ Dövlət Katibinin sabiq müavini Deniel Frid , Tbilisidə, iqtisadi siyasət tədqiqatının mərkəzi və Makkein İnstitutu tərəfindən təşkil edilən konfransda bəyan etdi.

Deniel Frid bəyan etdi ki, NATO-ya üzv olmaq baxımından, bugün imkansız görünən sabah qaçınmaz ola bilər və Gürcüstan bu açılan imkanları hazır qarşılamalıdır.

“Gürcüstana siyasi kapitalın yığılması lazımdır. Bunun üçün isə, demokratik institutları gücləndirməlisiniz və axmaqlıqlara yol verməməlisiniz, axmaqlıqda nəyi nəzərdə tutduğumu hər bir gürcü başa düşür” – dedi Deniel Frid.