Dəmir yol nəqliyyatı iyun ayının 15-dən bərpa olunacaq
Dəmir yol nəqliyyatı iyun ayının 15-dən bərpa olunacaq

 

 Dəmiryol nəqliyyatının iyunun 15-də bərpa olunacağı gözlənilir.

“Gürcüstan Dəmir Yolları” –dan Birinci Kanala bildirildiyi  kimi, Səhiyyə Nazirliyinin tövsiyyələrini tam əməl etməyə  və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etməyə hazırdırlar.

Eyni zamanda, Gürcüstan Dəmir Yollarından  verilən məlumata görə, havalandırma sistemi yoxlanılıb və müvafiq xidmətlər havalandırma sisteminin istifadəsinin qatarlarda    təhlükəli olmadığına dair  qənaətə gəliblər.

“Kondisioner-havalandırma ilə əlaqədar  , sizə demək istəyirəm  ki, mövcud sistemlər yoxlanılıb və müvafiq xidmətlər sistemin xaricdən havanı alması və   ultrabənövşəyi şüalar vasitəsi ilə mikrob və bakteriyaları məhv edərəkədən filtrasiya olunması  qənaətinə gəliblər.  Müvafiq olaraq, qatarlarımız tamamilə təhlükəsiz olacaq “-deyə   Nika Kacharava bildirib.

Sərnişin biletinin qiymətinə gəlincə isə , Gürcüstan Dəmir Yollarından  bildirilir ki, səyahət  haqqı artmayacaq.

 

 

Hazırladı-Sevinc Mustafayeva