Davit Zalkaniani NATO-nun Londonda keçirilən görüşünün iştirakçılarına müraciət etdi - Gürcüstanı hər zaman yadınızda saxlayın
“Gürcüstan artıq alyansın üzvü kimi hərəkət edir və təbii ki, biz bu gün mövcud olan vəziyyəti başa düşürük və Gürcüstanla bağlı siyasi qərarın hələ verilmədiyini bilirik”, – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Londonda, “NATO Engages: Innovating the Alliance” adlı tədbirdə, Qara Dənizin təhlükəsizlik məsələlərinə həsr olunan sesiyada çıxış edərkən verdi.
“Əlimizdən gələni edirik ki, ölkəmiz alyansın tam üzvü olduğu vaxt üçün hazır olsun, ancaq Gürcüstanın kontribusiyası NATO tərəfindən də qarşılıqlı addımlar tələb edir” – dedi Davit Zalkaniani.
“Gürcüstan hər zaman yadınızda qalsın” – bu sözlərlə Davit Zalkaniani sesiyadaki çıxışını başa çatdırdı.
Atlantik Şuranın, Münxen Təhlükəsizlik Konfransının, Qlobsek və RUS-un (Royal United Services Institute – RUSI) həm-təşkilatçılığı ilə keçirilən tədbirdə nazir nitqlə çıxış etdi.
Konfransda həmçinin, Ukraynanın, Rumıniyanın, Litvanın və Estoniyanın Xarici işlər nazirləri də iştirak edirlər.