Davit Zalkaniani - Gürcüstanda münaqişənin sülh yolu ilə həlli, Şərq Partnyorluğu və Qara Dəniz regionu üçün transformasiya qüvvəsinin rolunu oynayacaq
Davit Zalkaniani - Gürcüstanda münaqişənin sülh yolu ilə həlli, Şərq Partnyorluğu və Qara Dəniz regionu üçün transformasiya qüvvəsinin rolunu oynayacaq

Rusiya-Gürcüstan müharibəsinin 12-ci ildönümü ilə bağlı Xarici İşlər Naziri Davit Zalkaniani euractiv-ə məktub göndəriri.

Nazir yazır ki, 2008-ci ildə Gürcüstana qarşı Rusiyanın həyata keçirdiyi aqressiya nəticəsində, Avropa Təhlükəsizliyinin arxitekturası da zərbə aldı.

Onun dediyinə görə, bugün Gürcüstan ərazisində müharibənin olmaması, avtomatik olaraq, sülh var – demək deyil.

Nazir qeyd etdi ki, Rusiya pandemiyadan da Gürcüstana qarşı əlavə imkan olaraq istifadə edir.

Zalkaliani xüsusi ilə vurğulayır ki, sülh siyasətinə baxmayaraq, Gürcüstan sülh prosesində artıx çıxılmaz yola daxil olub və bu vəziyyət sadəcə rus-gürcü münasibətlərinin dinamikası ilə tənzimlənilə bilmir.

Onun dediyinə görə, rüs-gürcü münaqişəsi Ukrayna krizisi ilə bərabər müzakirə edilməlidir, çünki hər iki vəziyyət eyni məqsədə xidmət edir və bu da – regionda destabilizasiya yaratmaqdır.