Davit Zalkaniani - Frank-Valter Ştainmayer Gürcüstana heç bir təşəbbüs gətirmir, bu haqda söhbət spekulyasiyadır
Davit Zalkaniani - Frank-Valter Ştainmayer Gürcüstana heç bir təşəbbüs gətirmir, bu haqda söhbət spekulyasiyadır

Frank-Valter Ştainmayer Gürcüstana heç bir təşəbbüsüs gətirmir, bu haqda söhbət spekulyasiyadır, – bu barədə bəyanatı jurnalistlərə Xarici İşlər Naziri Davit Zalkaniani verdi.

Almaniya prezidentini Gürcüstana da Ukrayna kimi, xüsusi formula təklifi ilə gəlib-gəlmədiyi haqqında suala cavab olaraq, Zalkaniani qeyd etdi ki, o sadəcə olaraq, Ştaynmayerin Gürcüstanda səfərini təsdiqləyir, Almaniya prezidentinin xüsusi təklif ilə gəlməsi haqqında yayılan məlumatı isə, təsdiqləmir.

“Ştaynmayerin səfəri çoxdan planlanmışdı. Bir bundan öncə, buraya Almaniyanın kansleri də gəlmişdi.

Ştanynmayer Gürcüstana heç bir təşəbbüs gətirmir. Münaqişənin həlli ilə bağlı da Ştaynmayerin Gürcüstan üçün heç bir təklifi yoxdur. Bu haqda aparılan söhbət də adi bir spekulyasiyadır.

Ola bilsin ki, bu şaiələr Ukraynalı həmkarlarımıza edilən təkliflərlə bağlıdır”, – dedi Davit Zalkaniani.

Almaniya Federal Respublikasıın prezidenti Valter Ştaynmayer Gürcüstana həyat yoldaşı Elke Büdenberdlə bərabər gəlir.