Davit Zalkaniani ABŞ və İran arasındaki gərginlik haqqında - Vəziyyətin deeskalyasiyası üçün diplomatiya zamanıdır
Vəziyyətin deeskalyasiyası üçün diplomatiya zamanıdır, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani ABŞ və İran arasında yaranan gərgin vəziyyəti öz “Tvitter” hesabından şərhləndirərkən verdi.
“Biz son günlərdə Bağdadda baş verən zorakılığı və ABŞ səfirliyinə hücumu qınadıq.
ABŞ-ın öz vətəndaşlarını qorumaq üçün legitim haqqı var.
Yaranan vəziyyətin deeskalyasiyası üçün isə, diplomatiya zamanıdır” – yazır Zalkaniani öz “Tvitter” səhifəsində.