Davit Zalkaniani - ABŞ-ın Gürcüstana yeni təyin olunan səfirini səbirsizliklə gözləyirik

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani bəyan edir ki, Gürcüstana ABŞ səfiri vəzifəsinin namizədi Kelli Deqnanın Konqresdə verdiyi bəyanatını alqışlayır.

Zalkanianinin dəyərləndirməsinə görə, prosedurlar yaxın zamanda başa çatacaq və Kelli Deqnan Gürcüstandaki fəaliyyətinə başlayacaq.

“Öz çıxışında Kelli Deqnan Gürcüstanın işğal edilmiş ərazilərində yaranan vəziyyət, ABŞ-ın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünün dəstəyi və Avro-Atlantik strukturlara can atması haqqında danışdı.

Səfirin bələ əhval-ruhiyyəsi ilə gəlməsi çox yaxşıdır. ABŞ-la bu səviyyədə əlaqələrimiz heç vaxt olmayıb. Kelli Deqnanın gəlməsini səbirsizliklə gözləyirik” – dedi Zalkaniani.