Davit Zalkaliani - Ümid edirəm ki, Mayk Pompeonun bu tarixi səfəri ABŞ-Gürcüstanın strateji partnyorluğunu yeni bir səviyyəyə çıxardacaq
Gürcüstanın Xarici İşlər Davit Zalkaliani, ABŞ Dövlət Katibi Mayk Pompeonun Gürcüstana səfəri haqqında “Tvitterdə” yazır.
“Dövlət katibi Mayk Pompeoyu Gürcüstanda qonaq etdiyimiz üçün sevincliyəm. Ümid edirəm ki, Mayk Pompeonun bu tarixi səfəri ABŞ-Gürcüstanın strateji partnyorluğunu yeni bir səviyyəyə çıxardacaq və ölkələrimiz üçün yeni imkanların əsasını qoyacaq” – yazır Xarici İşlər Naziri.
ABŞ dövlət katibinin Gürcüstana rəsmi səfəri bugün başladı.