Davit Zalkaliani - Senatın assiqnasiya komitəsi tərəfindən təsdiqlənən qanunlayihədə artıq 15 faizlik məhdudiyyətdən söz edilmir
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkalinai bəyan edir ki, Senatın assiqnasiya komitəsi tərəfindən təsdiqlənən qanunlayihədə, Gürcüstana maliyyə dəstəyi hissəsində artıq 15 faizlik məhdudiyyətdən söz edilmir.
“Senatın assiqnasiya komitəsi tərəfindən təsdiqlənən qanunlayihədə, nümayəndələr palatası tərəfindən 2020-ci ilin iyulun 24-də qəbul edilən versiyadan fərqli olaraq, Gürcüstana maliyyə dəstəyi hissəsində artıq 15 faizlik məhdudiyyətdən söz edilmir. Bu da onu göstərir ki, Gürcüstanda demokratik inkişaf baxımından əhəmiyyətli tərəqqi hiss olunur. Bu onu təsdiqləyir ki, siyasi opponentlərimiz öz siyasi maraqları üçün əsas strateji partnyorumuz olan ABŞ-la münasibələrimizlə spekulyasiya etməməlidirlər” – dedi Davit Zalkaliani.
Assiqnasiya komitəsi tərəfindən iyulda yayılan layihə, maliyyələşdirilmənin bir hissəsinin dayandırılmasını nəzərdə tuturdu.
Layihədə deyilirdi ki, əgər Dövlət Departamenti assiqnasiya komitəsinə Gürcüstanın mərkəzi iqtidarı tərəfindən, demokratiyanın inkişafı üçün effektiv addımlar atıldığı barədə hesabat təqdim etməsə, Gürcüstan iqtidarı üçün ayrılan maliyyələşdirilmənin 15 faizi dayandırıla bilərdi.