Davit Zalkaliani - Gürcüstan tərəfindən Avropa Şurasına  sədrlik  yüksək qiymətləndirməyə layiq görülüb

 

Gürcüstan tərəfindən Avropa Şurasına  sədrlik  yüksək qiymətləndirməyə layiq görülüb- bu barədə  Gürcüstanın XİN  Davit Zalkaliani bildirib.

Nazir Gürcüstan tərəfindən Avropa Şurasında Nazirlər Komitəsinə sədrliyi yekunlaşdırıb.

Nazir qeyd edib ki, Gürcüstan ən çətin dövrdə sədrlik edəsi olub. O bildirib ki, faktiki olaraq,sədrlik müddətinin  təxminən yarısı  pandemiya  fonunda  keçib ,bu isə ümumi  dünya və təşkilat üçün olduqca  ciddi bir çağırışdır.

Zalkalianinin sözlərinə görə, bu çətinlik və çağırışa baxmayaraq, Gürcüstan yeni metodlarla fəaliyyətini  bərpa edib  və təşkilat bir gün belə olsun  fəaliyyətini dayandırmayıb.

Nazir, həmçinin Gürcüstanın sədrliyi  şəraitində  qəbul edilən vacib qərarlar, konkret olaraq desək,  sədrliyin  dörd əsas prioritet istiqaməti  barədə ətraflı şəkildə danışıb. Onun sözlərinə görə, Gürcüstanın  sədrliyinin  prioritet istiqamətlərindən biri inqilabi olaraq  qəbul edilib və nəticədə təşkilatın üzvü olan dövlətlər və təşkilatın qurumlarının  rəhbərləri,  insan hüquqları və  ətraf mühitin qorunması arasındakı əlaqəni təşkilatın yeni istiqaməti və məqsədi  olaraq hesab edirlər.

Nazir, sədrlik  dövründə planlaşdırılan bütün tədbirlərin , o cümlədən pandemiya şəraitində də,  video konfrans və onlayn bağlantı   formatında  keçirildiyini qeyd edib.

Zalkaliani, Gürcüstanın sədrliyi kontekstində daha bir nəzərə çarpan nəticəni – Nazirlər Komitəsi ilə Parlament Assambleyası arasında,  təşkilatın nizamnaməsinin  üzv dövlət tərəfindən pozulduğu təqdirdə, təsir mexanizmlərini və prinsiplərini müəyyən edən prosedurlar haqqında razılaşmanı xüsusilə qeyd edib.

Nazir ölkə daxilində həyata keçirilən fəaliyyətlərdən də danışıb. O, fəaliyyətin qanunun aliliyi və insan hüquqları kimi təşkilatın əsas prinsiplərinə uyğun şəkildə həyata keçirildiyini bildirib. Bu kontekstdə, Gürcüstanın məhz  sədrlik dövründə  ədalət mühakiməsinin dördüncü dalğası islahatının qəbul edildiyi qeyd edilib. Bu, ölkənin Avropada demokratiya və insan hüquqlarının gücləndirilməsi prosesinə verdiyi əhəmiyyətli töhfə olaraq hesab olunur.

Zalkaliani, həmçinin sədrlik  dövründə təşkilatın tərkibində Gürcüstan məsələsinin aktuallaşdırıldığını qeyd edib. O bildirib ki, bunu Baş katibin işğal olunmuş ərazilərdəki vəziyyətə yönəlmiş icmal hesabatının müzakirəsi sübut edir; Həmçinin işğal olunmuş ərazilərdəki ağır humanitar vəziyyətin yolverilməzliyi barədə də əhəmiyyətli açıqlamalar verilib.

Nazir Gürcüstanın sədrliyinin uğurunda əməyi keçən hər kəsə ,eləcə də Gürcüstanın  Xarici İşlər Nazirliyi ilə birlikdə bu prosesdə iştirak edən bütün qurumlara təşəkkür edib; Nazir, Strasburqdakı Gürcüstan nümayəndəliyinə və onun rəhbərliyinə, həmçinin sədrlik dövründə  gündəlik rejimdə fəal iştirak edən  XİN-nin müvafiq bölmələrinə minnətdarlığını bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva