Davit Zalkaliani Danimarkanın XİN –nin rəhbəri ilə telefonla danışıb

 Gürcüstanın Xİ naziri D.Zalkaliani və Danimarkanın Xİ  naziri  İepe Kofad arasında telefon danışığı baş tutub.Əsasən, AB Şərq Tərəfdaşlığı  çərçivəsində cari və gələcək əməkdaşlıq  məsələlərinə diqqət ayrılıb.

 Nazirlər, AB və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iyunun 11-də keçirilən qeyri-rəsmi konfransını müzakirə ediblər. Hər iki tərəf Şərq Tərəfdaşlığının strateji əhəmiyyətini və tərəfdaşlığın iddialı məqsədlərinin formalaşmasında   sıx əlaqələndirmənin vacibliyini vurğulayıb. David Zalkaliani və İepe Kofad, həmçinin Avropa Birliyi və Şərq Tərəfdaşlığına üzv ölkələrin dövlət başçılarının iyunun 18-də keçirilməsi planlaşdırılan video konfransının  gündəmi  ilə bağlı fikir mübadiləsi aparıblar. Bu konteksdə, Davit Zalkaliani danimarkalı  həmkarına Şərq tərəfdaşlığı ilə bağlı Gürcüstan tərəfinin prioritetləri barədə məlumat verib.

Nazir həmkarına Gürcüstanın işğal olunmuş bölgələrindəki vəziyyət barədə məlumat verib və qeyd edib  ki, pandemiya şəraitində işğalçı qüvvələr ərazidə  qanunsuz əməlləri  – süni maneələrin yaradılması  və insan hüquqlarının kobud şəkildə pozulmasını davam etdirirlər.

Nazirlər Gürcüstan və Danimarka arasında ikitərəfli münasibətlərin əla dinamikasını vurğulayıblar. David Zalkaliani, Danimarka İnvestisiya Fondu çərçivəsində göstərilən mühüm  köməyə görə İepe  Kofada təşəkkür edib.  

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

      Hazırladı-Sevinc Mustafayeva