Davit Zalkaliani Birləşmiş Krallığın dövlət naziri ilə telefonla danışdı
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani Birləşmiş Krallığın Avropa Qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Uendi Mortonla telefonla danışdı.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər iki tərəfli əlaqələrin geniş spektrini müzakirə etdilər, Gürcüstan və Birləşmiş Krallıq arasındaki “strateji partnyorluq və əməkdaşlıq razılaşması ilə” yaranan imkanların mənimsənməsinin zərurətini vurğuladılar.
Diqqət konkret istiqamətlərin dərinləşdirilməsinə də yetirildi, hansı ki, iki tərəfli əlaqələrin əsas formatı olan ” Uordrop strateji dialoqunun” yeddinci raundu çərçivəsində irəli sürüldü.
Tərəflər hər iki ölkədə mövcud olan epid-vəziyyəti və pandemiya ilə mübarizə kontekstində, multilateral yanaşmanın əhəmiyyətini müzakirə etdilər.