Davit Zalkaliani Azərbaycanlı həmkarı ilə telefonla söhbət etdi

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani Azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefonla söhbət etdi.

Davit Zalkaliani Azərbaycanlı həmkarını yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik etdi və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladı.

Davit Zalkaliani Azərbaycan-Ermənistan sərhədində baş verən vəziyyət ilə maraqlandı və həmkarından detallı məlumat dinlədi.

Nazir baş verən hadisələrə və itgilərə görə, təəssüfləndiyini bildirdi və qeyd etdi ki, münaqişələrin sülh yolu ilə tənzimlənməsinin alternativi yoxdur.

Nazir ümid bildirdi ki, beynəlxalq mexanizmlərin, ATƏT Minsk qrupunun fəal iştirakı ilə, sülh danışıqları prosesinə geri qayıdılacaq və eskalyasiya dayandırılacaq.