Davit Zalkaliani  azərbaycanlı  həmkarı ilə telefonla danışıb

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Gürcüstanın Xarici İşlər naziri Davit Zalkaliani arasında telefon danışığı baş tutub.

Gürcüstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər  koronavirus pandemiyasının yayılması şəraitində  hər iki ölkədəki mövcud vəziyyət və  hökumətlər tərəfindən virusun yayılmasının  qarşısının alınmasına yönəlik   tədbirlər üzrə ümumi fikir mübadiləsi aparıblar  və həmçinin, bu çətin müddətdə göstərilmiş yardım ,o cümlədən vətəndaşların vətənə qaytarılması prosesindəki  köməyə görə bir-birlərinin ünvanlarına minnətdarlıq ifadə ediblər.

Bununla yanaşı ,hər iki ölkənin  Xİ nazirləri strateji əməkdaşlığa əsaslanan  ikitərəfli əlaqələrin  aktual məsələlərini müzakirə ediblər , o cümlədən iqtisadi əməkdaşlığın, regional , nəqliyyat və energetika layihələrinin gedişatı  ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm dostluq münasibətlərini vurğulayaraq, bir-birlərini qarşıdan gələn müstəqillik  günləri münasibətilə təbrik ediblər.Gürcüstan bu günü mayın 26-da,Azərbaycan isə mayın 28-də qeyd edir.

 

Hazırladı-Sevinc Mustafayeva