Davit Zalkaliani Avropa Şurasının Nazirlər Komitəsinin 130-cı sesiyasının virtual görüşündə iştirak etdi

2020-ci ilin noyabrın 4-də, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Avropa Şurasının Nazirlər Komitəsinin 130-cı sesiyasının virtual görüşündə iştirak etdi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin  məlumatına görə, nitqlə çıxış edərkən, nazir efektiv multilateralizmin müasir dünyadaki əhəmiyyətini vurğuladı və qeyd etdi ki, multikulturalizm böyüklüyündən, coğrafi yerləşməsindən və iqtisadi inkişafından asılı olmayaraq, bütün dövlətlərin milli maraqlarına xidmət edir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Zalkaliani Gürcüstanın işğal edilmiş ərazilərində, Abxaziya və Sxinvali regionunda mövcud olan ağır vəziyyətə bağlı da ətraflı danışdı.

“Nazir bəyan etdi ki, koronavirusun yayılmasına baxmayaraq, Rusiya Federasiyası işğal edilmiş ərazilərdə vəziyyətin daha da ağırlaşması üçün provokasiyalı addımlar atmağa fəal şəkildə davam edir və qeyd etdi ki, Rusiyanın işğalçı rejimi işğal edilmiş regionu təcrid etməyə çalışır və bununla, orada yaşayan insanların hüquqlarını və humanitar vəziyyətini daha da ağırlaşdırır” – deyilir Xarici İşlər Nazirliyinin bəyanatında.

Nazirliyin bəyanatına görə, Zalkaliani öz həmkarlarına bir daha xatırlatdı ki, işğal edilmiş regionda, keçmişdə Gürcüstan vətəndaşlarının qətlə yetirilməsi ilə bağlı ədalətin olmaması Sxinvali və Abxaziyada regionunda cəzasızlıq sindromunu daha da artırır.

Nazir qeyd etdi ki, bu hadisələrə paralel olaraq, Rusiya Gürcüstana qarşı hibrid müharibəsini, kiber-hücumları və dezinformasiya kampaniyasını gücləndirir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, sesiyada nazir qeyd etdi ki, Rusiyanın aqressiv və qeyri-qanuni hərəkətlərinə baxmayaraq, Gürcüstan iqtidarı, Rusiya-Gürcüstan münaqişəsinə qoşulma baxımından, beynəlxalq Cenevrə diskussiyaları vasitəsi ilə, beynəlxalq ictimaiyyətin yüksək məsuliyyətli üzvü kimi hərəkət edir.