Davit Zalkaliani - Avrokomisiyanın hesabatında qeyd olunur ki, Gürcüstan öhdəliklərini yerinə yetirməyə davam edir və Avropa İttifaqı ilə vizasız rejim üçün heç bir təhlükə yaranmayıb
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkalianinin bəyanatı ilə, Qərbi Balkanlar və Şərq Partnyorluğu ölkələri ilə vizasız gediş-gəliş tələblərin yerinə yetirilməsi ilə bağlı Avropa Komisiyasının hesabatı Gürcüstan iqtidarının müvəffəqiyyətli fəaliyyətinin yenə bir təsdiqidir.
Onun dediyinə görə, hesabatda qeyd olunur ki, Gürcüstan öz öhdəliklərini yerinə yetirməyə davam edir və Avropa İttifaqı ilə vizasız rejim üçün heç bir təhlükə yaranmayıb.
“Avropa komisiyasının dəyərləndirməsində qeyd olunur ki, Gürcüstan iqtidarı tərəfindən qeyri-qanuni miqrasiyanın qarşısının alınması və Gürcüstan vətəndaşlarının xaricdəki cinayətlərinin dayandırılması ilə bağlı əhəmiyyətli tədbirlər görülür.
Həmçinin, Avropa komisiyası covid-19 krizisi fonunda Gürcüstan iqtidarının həyata keçirdiyi tədbirləri çox müsbət dəyərləndirir” – deyib Zalkaniani.