Davit Zalkaliani - 2014-cü ilin iyunun 27-də Gürcüstan və Avropa asosiasiya razılaşmasını imzaladılar, bu Gürcüstanın xarici əlaqələr tarixində ən önəmli gün oldu
2014-cü ilin 27-də Gürcüstan və Avropa İttifaqı asosiasiya razılşmasını imzaladılar və demək olar ki, bu gün Gürcüstanın yaxın tarixinin ən önəmli xarici əlaqələr günü oldu, – bu sözləri Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani sosiyal şəbəkədə yazır.
“Fəxr edirəm ki, mən bu məsələ ilə bağlı danışıqları aparan əsas şəxs idim və bu layihəyə qatqım oldu. Düşünürəm ki, bu diplomatik karyeramın ən önəmli nailiyyətidir və Gürcüstan diplomatiyasına, belə bir sənəd kimi önəmli bir miras buraxdığım üçün hər zaman fəxr edəcəm, – yazır Zalkaliani.
Onun dediyinə görə, asosiasiya razılaşması Gürcüstanı daha müvəffəqiyyətli, daha demokratik və iqtisadi cəhəddən daha güclü gələcəyinə doğru aparan yoldur.