Davit Usupaşvili - Salome Zurabişviliyə tövsiyyə edirəm ki, mənim səhvimi təkrarlamasın
Salome Zurabişviliyə tövsiyyə edirəm ki, mənim səhvimi təkrarlamasın, – bu bəyanatı prezident namizədi Davit Usupaşvili bugünki mətbuat konfransında verdi.
O qeyd etdi ki, iqtidar partiyasının dəstəklədiyi prezident namizədi onunla debatlardan baş qaçırdır, buna görə də, Zurabişviliyə brifinqlə müraciət etməyə məcburdur. Usupaşvili bəyan etdi ki, Salome Zurabişvili iqtidar dəstəsinin namizədi olmağı özü seçdi və həmin dəstənin səhvləri və hərəkətləri ilə bağlı cavab verməyə də məsuliyyətlidir.
Usupaşvilinin dediyinə görə, prezident namizədi olaraq, Salome Zurabişvilinin, nümayəndəsi olduğu dəstəyə təsir etmək qüvvəsi bugün var, amma seçkilərdən sonra, qalib gəlsə də belə imkanı olmayacaq.
“Salome Zurabişviliyə müraciət edirəm, bunu bacarsın və 28 oktyabra qədər təsdiqləsin ki, o “Gürcü Arzusu” ilə alyansda olmağı öz qərəzli məqsədlərinə görə deyil, ölkəyə xidmət etmək üçün seçdi.
Mən ona tövsiyyə edirəm ki, mənim səhvimi təkrarlamasın. Mən hələ 2014-cü ilin oktyabrında koalisiyanın siyasi şurasına mövcud olan problemlərlə bağlı detallı siyahı təqdim etdim və hətta Bidzina İvanişvili o siyahıyı alqışladı, ancaq həmin problemlər, problem olaraq da qaldı, səsini yüksəldənlər isə, partiyadan kənarda qaldılar” – dedi Usupaşvili.