Davit Sergeenko - Yüksək maddi imkanları olan ölkələr onlara gərəkdiyindən daha çox vaksina aldılar
Parlamentin vitse-spikeri Davit Sergeenkonun bəyanatına görə, ölkələr arasında vaksinalar ədalətsiz şəkildə bölüşdürüldü və bunu Ümumdünya Səhiyyə Təşkilatı da vurğulayır.
Sergeenkonun dediyinə görə, yüksək maddi imkanları olan ölkələr onlara gərəkdiyindən daha çox vaksina aldılar.
Sergeenko deyir ki, vaksinanın ədalətli şəkildə bölüşdürülməsi ilə bağlı danışıqlar daimi şəkildə aparılır.
“Malta halı yenilik və yaxud istisna deyil. Eyni şey Kanadada, Yeni Zelandiyada. Böyük Britaniyada da oldu. Bu ölkələr onlara lazım olduğundan daha çox vaksina aldılar. Bu məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparılır” – dedi Sergeenko.