Davit Kirkitadze - Nika Melia və Qriqol Vaşadze bir-birindən çox fərqlidirlər, həm siyasi keçmişləri fərqlidir, həm də xasiyyətləri

“Milli Hərəkatın” yeni sədri Nika Melia oldu.

Partiyanın üzvü Davit Kirkitadzenin bəyan etdiyinə görə, yeni sədr təmin edəcək ki, partiyanın bütün qərarları ictimaiyyət üçün şəffaf olsun.

Bununla yanaşı, Kirkitadze qeyd etdi ki, “Milli Hərəkat” yeni sistem yaratdı, hansının vasitəsi ilə, partiya dəstəkçiləri, elektron formada, partiyanın fəaliyyət planının hazırlanması və qərarların verilməsində iştirak edə biləcəklər.

“Əlbəttə ki, Nika Melia və Qriqol Vaşadze bir-birindən çox fərqlidirlər, həm siyasi keçmişləri fərqlidir, həm də xasiyyətləri, ancaq indi onların siyasi keçmişinin çox böyük əhəmiyyəti yoxdur. Əsas olan qarşımızda duran çağırışlardır. Nika Melia partiyanın bütün qərarlarının geniş ictimaiyyət üçün şəffaf olmasını təmin edəcək” – dedi Davit Kirkitadze.