Davit Çiçinadze - Səfirlər təəssüf ki, vasitəçi deyil, iqtidar dəstəsinin dəstəkçiləridirlər
Səfirlər təəssüf ki, vasitəçi deyil, iqtidar dəstəsinin dəstəkçiləridirlər, – bu barədə bəyanatı “Tribuna” partiyasının lideri Davit Çiçinadze öz “Facebook” səhifəsində yayır.
“Kim pula satılır və xalqın aldadılmasında müsbət tərəflər görür və “Gürcü Arzusunu” dəstəkləməyə çalışır, o insanların siyasətdə yeri olmamalıdır!
Mənəvi və ideoloji olaraq, İvanişvilinin oğurladığı parlamentə niyə daxil olmaq istəyəsən ki?
Ona görə deyirəm ki, səfirlərlə görüşdə müxalifətin bütün nümayəndələri iştirak etməlidirlər ki, qapalı qapı arxasında pula satılanların razılaşmalarına yer verilməsin.
Baryeri keçənlər və keçməyənlər haqqında danışmaq da yanlışdır, çünki bunu demək, İvanişvilinin bizə verdiyi nəticəyi qəbul etməkdir” – dedi Davit Çiçinadze.