Davit Bakradze - Yüksək ehtimal ilə, Ukrayna Radası Saakaşviliyi baş nazir vəzifəsinə təsdiqləməyəcək, ancaq Gürcüstan iqtidarının bəyanatları Gürcüstan-Ukrayna arasındaki münasibətlərə mənfi təsir verəcək

Yüksək ehtimal ilə, Ukrayna Radası Saakaşviliyi baş nazir vəzifəsinə təsdiqləməyəcək, ancaq Gürcüstan iqtidarının bəyanatları Gürcüstan-Ukrayna arasındaki münasibətlərə mənfi təsir verəcək – bu barədə bəyanatı “Avropa Gürcüstanın” lideri Davit Bakradze verdi.

Bakradzenin dediyinə görə, Ukrayna ilə ticari əlaqələr və Ukrayna turizmi Gürcüstan iqtisadiyyatının böhrandan çıxa bilməsi üçün çox önəmlidir.

“Ukrayna ilə strateji partnyorluq münasibətlərini şəxsi və yaxud siyasi maraqlara görə sual işarəsi altında qoymaq qeyri-məqbuldur, çünki böyük ehtimal ilə, Ukrayna Radası Mixeil Saakaşviliyi baş nazir vəzifəsinə təyin etməyəcək.

Gürcüstan iqtidarına müraciət edirəm ki, iki ölkə arasındaki münasibətlərə mənfi təsir verən bəyanatlar verməkdən baş qaçırdsınlar, çünki bununla sadəcə Gürcüstanın dövlət maraqlarına zərər gələcək” – dedi Davit Bakradze.