Davit Bakradze - Parlament seçkilərinin nəticələri "Avropa Gürcüstanı" üçün çox pis idi
Saxtalaşdırmalara və parlament seçkilərinin nəticələrini legitim hesab etməməyimizə baxmayaraq, yenədə, əldə edilən nəticələr “Avropa Gürcüstanı” üçün çox pis idi. Müasir siyasət isə, elədir ki, partiyanın müvəffəqiyyətsizliyinə görə, liderlər məsuliyyət daşıyırlar, – bu barədə bəyanatı “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri olan Davit Bakradze verdi.
Bakradze qeyd etdi ki, “Avropa Gürcüstanında” onun dörd illik sədrliyi müvəffəqiyətli idi, ancaq yenə dörd il qalması artıq pis ola bilər.
“Mən bir lider olaraq, hesab edirəm ki, partiyanın nəticəsi gözləniləndən daha pis olduğu zaman lider məsuliyyəti hiss edib, getməlidir. Müasir lider olaraq, mən bunun misalı olmaq istəyirəm” – dedi Davit Bakradze.
Davit Bakradze partiyada qalır, ancaq lider olmayacaq.