Davit Bakradze - "Milli Hərəkata" qayıtmağımı istisna edirəm, bunu müzakirə də etmirəm
“Milli Hərəkata” hərhansı forma ilə qayıtmağımı istisna edirəm, bunu müzakirə belə etmirəm və bu mövzu bağlansın, – bu bəyanatı “Avropa Gürcüstanının” üzvü və sabiq lideri Davit Bakradze verdi.
“Kiyevə getmədim, Saakaşvili ilə də görüşmədim. Mən açıqladım ki, qərarımı partiya siyasətindən dolayı verdim. Verdiyim qərar üçün də kimsənin razılığına ehtiyyacım yoxdur. Ümumi müxalifət frontunda olarkən də ölkənin daha yaxşı gələcəyi üçün qatqım ola bilər və müxalifətdə qalıram” – dedi Davit Bakradze.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Avropalı Gürcüstan” partiyasının iki lideri Gigi Uqulava və Davit Bakradze öz partiya vəzifələrindən istefa etdilər.