Davit Bakradze - Hamımız birlikdə bacaraq və üç gündə bu yoxsulluğu, ümidsizliyi məğlub edək və Gürcüstanı dəyişikliklərə doğru, irəli aparaq
“Avropa Gürcüstanı” Tbilisidə, Güllər Meydanında seçki kampaniyasının yekunlaşdırıcı görüşünü keçirdi.
Görüşə yığılanlara partiyanın liderlərindən biri Davit Bakradze nitqlə müraciət etdi.
O vətəndaşları seçkilərə gəlib, 2 nömrəyi xəttləyib, ölkədə qərar verici dəyişikliklərə səs verməyə çağırdı.
“Daha yaxşı Gürcüstan üçün mübarizə aparan hər bir insanı, buraya bugün daha yaxşı Gürcüstanın inşaatı üçün qatqı əlavə etməyə gələn hərkəsi salamlayıram. Hamımız birlikdə bacarmalıyıq və üç gündə bu yoxsulluğu, ümidsizliyi məğlub edib, Gürcüstanı dəyişikliklərə doğru, irəli aparmalıyıq.
Bu ölkədə illər ərzində davam edən yoxsulluğu, ümidsizliyi və iqtidar tərəfindən yaradılan problemləri xalq artıq istəmir. İctimaiyyət dəyişikliklər tələb edir. 31 oktyabr məhz bu dəyişikliklər üçün qərar verici gündür, hansında xalqın və ölkənin gələcəyi üçün qərar veriləcək. Hərkəs gəlib irəliləyişi və dəyişiklikləri seçməlidir və bunları sizə “Avropa Gürcüstanı” təklif edir” – dedi Davit Bakradze.
Bakradze həmçinin, qərar verici dəyişikliklərdə nələri nəzərdə tutduğuna diqqət yetirdi.
“Bizim qərar verici dəyişikliklərimiz, işsizliyyə son qoymağı və 100 000 yeni iş yerini yaratmağı, vergilərin azalmasını və beləliklə, hər ailə üçün ayda 2000 lari məbləğini qorumağı, pensiyaların və sosiyal cəhəddən müdafiyəsiz şəxslərin sosiyal yardımının iki qat edilməsini nəzərdə tutur.
Bizim dəyişikliyimiz ölkədə kriminalın yox edilməsini, nəzərdə tutur.
Ölkədə azad məhkəmə və insan hüquqları çox vacibdir.
“Avropa Gürcüstanı” nə keçmişlə, nə də hazırki vaxtla rəqabət aparmır, çünki gələcək keçmişdən daha yaxşı olmalıdır” – dedi Bakradze.