Davit Bakradze - Görüşə o fikirlə gedirik ki, çıxış yolu tapaq, ancaq dünənki qərar bu prosesi çətinləşdirdi
Davit Bakradze - Görüşə o fikirlə gedirik ki, çıxış yolu tapaq, ancaq dünənki qərar bu prosesi çətinləşdirdi

“Gözləyək görək, “Gürcü Arzusu” nədir, ancaq MSK-nın dünənki qərarı dialoq prosesini xeyli ağırlaşdıracaq, çünki müddətlər tezləşdirildi və müxalifətin əlindən məhkəmə hüququ alındı, ki bu da birbaşa qanun pozuntusudur.

Bu iqtidar tərəfindən dialoqa və vəziyyətin normalizasiyası cəhdlərinə verilən cavabdır. Ona görə də, onsuz da ağır olan dialoqumuz, lap ağırlaşdı, – bu barədə bəyanatı “Avropa Gürcüstanının” lideri Davit Bakradze jurnalistlərə ABŞ səfirinin rezidensiyasına girmədən öncə verdi.

ABŞ Səfirliyinin rezidensiyasında siyasi partiyaların liderlərinin görüşü keçirilir. Danışıqlarda ABŞ səfiri ilə bərabər Avropa İttifaqının Gürcüstandaki nümayəndəsi Karl Hartsel də iştirak edir.

Xatırladaq ki, Mərkəzi Seçki Komisiyası dünənki iclasda rayon məntəqələrinin yekun aktları ilə bağlı, müxalifətin və Gənc Hüquqşünaslar Asosiyasiyasının şikayətlərini qəbul etmədi.