Davit Bakradze - Qərar dəyiştirməyi müzakirə etmirik, belə pozuntular fonunda, bu parlamentin legitimasiyasının nə qədər doğru olduğuna gürcü xalqı qərar verəcək
Davit Bakradze - Qərar dəyiştirməyi müzakirə etmirik, belə pozuntular fonunda, bu parlamentin legitimasiyasının nə qədər doğru olduğuna gürcü xalqı qərar verəcək

Qərar dəyiştirməyi müzakirə etmirik, belə pozuntular fonunda, bu parlamentin legitimasiyasının nə qədər doğru olduğuna gürcü xalqı qərar verəcək , – “Avropa Gürcüstanının” lideri Davit Bakradze ABŞ Dövlət departamentin müxalifətə etdiyi müraciətə belə səslənir.

“Mövqeyimiz eynidir. Ölkədə krizis və iqtidara inanc defisiti mövcuddur. Hər normal ölkədə iqtidara inancın defisiti olduğu halda, yeni seçkilər təyin olunur. Biz ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Rikeri gərəkən məlumatı təqdim edəcəyik, onun da cavabını dinləyəcəyik və çalışacağıq ki, Amerikalı partnyorlarımızla koordinasiyalı mövqeyimiz olsun.

Qərarımızı dəyiştirməyi düşünmürük. Belə pozuntular fonunda, bu parlamentin legitimasiyasının nə qədər doğru olduğuna gürcü xalqı qərar verəcək

Məsələmiz parlamentə daxil olmamaq deyil, məsələ normal seçkilərin keçirilməsidir” – dedi Davit Bakradze.

Xatırladaq ki, ABŞ dövlət departamenti bugün müxalifəti parlamentə daxil olmağa çağırdı.