Davit Bakradze - Biz "Gürcü Arzusu" ilə koalisiya yaradmayacağıq və Mixeil Saakaşvilini baş nazirliyə namizədini dəstəkləməyəcəyik
“Avropa Gürcüstanının” liderləri Kutaisidə partiyanın seçki proqramını təqdim etdilər.
Davit Bakradze, Gigi Uqulava və Giqa Bokeriya brifinqdə bəyan etdilər ki, seçkilərdə “Avropa Gürcüstanının” qalib gəldiyi halda, ölkədə vergilər azalacaq, 100 000 iş yeri yaradılacaq, pensiyalar ikiqat artacaq və sosiyal yardım artacaq.
Bununla yanaşı, partiyada bəyan edirlər ki, onlar Bidzina İvanişvili və “Gürcü Arzusu” ilə koalisiya yaratmayacaqlar.
Həmçinin, “Avropa Gürcüstanı” Mixeil Saakaşvilinin baş nazirliyə namizədliyini dəstəkləməyəcək.
“31 oktyabr seçkiləri şansdır ki, ölkəyi “Gürcü Arzusunun” saldığı dərin sosiyal və iqtisadi krizisdən çıxardaq. Biz üzərimizə məsuliyyət götürürük ki, 100 min iş yeri yaradılacaq, vergilər azalacaq və hər bir ailə ayda iki min lari saxlaya biləcək, pensiyalar və sosiyal yardımlar ikiqat artacaq. Həmçinin, xalqa və yerli munisipalitetlərə daha çox mülk veriləcək.
“Avropa Gürcüstanı” Bidzina İvanişvili və “Gürcü Arzusu” ilə koalisiya yaratmayacaq və Mixeil Saakaşvilinin baş nazirliyə namizədliyini dəstəkləməyəcək. Biz düşünürük ki, ölkədə tək partiyalı və tək liderli idarəçilik başa çatdı” – dedi Davit Bakradze.