David Zalkaliani bəyan edir ki, David Qareci mövzusu ilə bağlı istintaqın başladığı haqqında Azərbaycan tərəfinin məlumatı var idi
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkalianinin bəyanatına görə, David Qareci mövzusu ilə bağlı istintaqın başladığı haqqında Azərbaycan tərəfinə məlumat verilmişdi və hətta bu məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirinin Gürcüstana səfəri zaman söhbət edilmişdi.
“Bu haqda Azərbaycanlı həmkarımla görüş zamanı söhbət etdik. Birgə mətbuat konfransında mən bu məsələ ilə bağlı ölçülü bəyanat verdim, çünki bu iki ölkə arasındaki münasibtlər üçün çox önəmli və delikat bir mövzudur. Cari ildə yenilənmiş komisiyanın fəaliyyəti başlamalı idi, ancaq pandemiyaya görə təxirə salındı.
Yeni komisiya yığılanda biz tədqiqatın hansı məsələlərə əsaslanaraq aparıldığı ilə maraqlandıq və gördük ki, Gürcüstanın pozisiyaları xeyli zəyiflədilib, çünki mövcud olan kartoqrafik materiallardan gərəkdiyi qədər istifadə edilməmişdi.
Biz önəmli kartoqrafik materialları və yerli və beynəlxalq mütəxəssislərin ekspertiza nəticələrini yığdıq və bunun əsasında qərar verdik ki, komisiyanın apardığı tədqiqat zamanı, bizim pozisiyalarımızı gücləndirən materiallardan gərəkdiyi kimi istifadə edilməmişdi və 2006-2007-ci illərdə nail olunan razılaşmalar yenidən gözdən keçirilməli idi.
Bu məsələ ilə bağlı Azərbaycanlı həmkarımla çox səmimi söhbətim oldu” – dedi Davit Zalkaliani.
Eyni zamanda, Zalkaliani bəzi müxalifət namizədlərinin bu məsələ ilə bəyanatlarını ki, güya “prokurorluq Qareci mövzusu ilə bağlı istintaqı Azərbaycan-Erməni münaqişəsinin eskalyasiyasına görə başladıb”, – qınadı və anti-dövlət bəyanatlar adlandırdı.
“Biz bu istintaqı başladanda Azərbaycan və Ermənistan arasında eskalyasiya hələ başlamamışdı. Bizim opponetnlərimiz isə, tamamilə məsuliyyətsiz və anti-dövlət bəyanatlar verirlər və bu məsələyi sonradan inkişaf edən hadisələrlə əlaqələndirilər.
Biz buna yol verməyəcəyik. Biz məsuliyyətli iqtidar olaraq, komisiyaya işləmək üçün imkan verəcəyik. Hazırda komisiya çərçivəsində, yeni materialların müzakirəsi aparılır, hansıların əsasında Gürcüstanın pozisiyası möhkəmlənir və əminəm ki, verilən qərar həm Gürcüstan, həm də Azərbaycan üçün məqbul olacaq” – dedi Xarici İşlər Naziri.