David Segeenko - yaxın günlərdə Dünya Səhiyyə Təşilatına müraciət edəcəyik, rus mütəxəssislərinin də qatıla biləcəyi Luqar Laboratoriyasına missiya göndərsin
Qərar qəbul etdik ki, yaxın günlərdə Dünya Səhiyyə Təşilatına müraciət edək, Luqar Laboratoriyasına rəsmi missiya göndərsin ki, buraya da rus mütəxəssisləri, arzuları olduğu təqdirdə qatıla bilsinlər, – Gürcüstan Səhiyyə naziri, David Sergeenko Rusiya prezidenti, Vladimir Putinin Luqar Laboratoriyası barəsində etdiyi bəyanatı şərh edərkən bildirdi.
David Sergeenkonun dediyinə görə, Gürcüstan hakimiyyətinin dəfələrlə bəyanat və təkliflərinə baxmayaraq, Rusiya tərəfindən bənzər bəyanatların verilməsi yenə də davam edir.
David Sergeenkonun qeyd etdiyinə görə, son zamanlar Luqar Laboratoriyası ilə bağlı informasiya axını gücləndi, buna görə də Dünya Səhiyyə Təşilatına müraciət etmə qərarı qəbul edildi.
“2013-cü ildə bu infrastrukturu təhvil alıb və işə salarkən, buna qədər yalnız vintilasiya və isitmə işləyirdi, başqa heç bir şey. Eyni bir insan tərfindən bir neçə kritik məqalələr var idi. Bu insan kimsə Silver Mae idi. Sözün düzünü desək, ona fikir vermirdik. Lakin bir neçə dəfə laboratoriyaya dəvət etdik ki, özü də əmin olsun. Son bir neçə ay ərzində bu informasiya axını gücləndi və instensiv oldu. Bir daha təkrar edirəm, arqumentlərimizə baxmayaraq eskalasiya artır. Buna görə, qərar qəbul etdik ki, yaxın günlərdə Dünya Səhiyyə Təşilatına müraciət edək, Luqar Laboratoriyasına rəsmi missiya göndərsin ki, buraya da rus mütəxəssisləri də, arzuları olduğu təqdirdə qatıla bilsinlər”, – David Sergeenko bəyan etdi.